00:00:00
Yazar
Admin User
17.05.2023 19:32 291 1 dəq oxuma
Dünya

BMT: Yəməndə daşqınlarda 31 nəfər həlak olub

BMT: Yəməndə daşqınlarda 31 nəfər həlak olub

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəməndə aprel ayında baş verən daşqınlarda 31 nəfərin öldüyünü, 37 nəfərin yaralandığını, 3 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

 

İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, ərazidən gələn xəbərlərdə yağışların səbəb olduğu daşqınlarda 31 nəfərin həyatını itirdiyi, 37 nəfərin yaralandığı, 3 nəfərin isə itkin düşdüyü, İbb şəhərində yağışın qayaların təhlükəli şəkildə dağılmasına səbəb olduğu bildirilib.

 

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatlarına görə, Yəmən xalqının 73 faizi (təxminən 23,4 milyon nəfər) vətəndaş müharibəsi səbəbindən humanitar yardıma ehtiyac duyur, 4,3 milyon insan isə yaşayış yerini tərk edib. Münaqişələr nəticəsində ölkədə 377 min insan, 13 mindən çox mülki şəxs həyatını itirib.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər