00:00:00
Yazar
Admin User
23.05.2023 19:25 288 1 dəq oxuma
Dünya

Braziliyada quş qripi TƏHLÜKƏSİ

Braziliyada quş qripi TƏHLÜKƏSİ

Braziliyada quş qripinə yoluxma hallarından sonra ölkədə heyvandarlıqla bağlı fövqəladə vəziyyət elan edilib.

 

İnformator.az BBC-yə istinadən xəbər verir ki, Braziliyanın Kənd Təsərrüfatı Naziri Karlos Favaro, xüsusilə Espirito Santo və Rio-de-Janeyro əyalətlərində vəhşi quşlarda çox sayda quş qripi hadisəsi aşkar edildikdən sonra ölkədə 6 aylıq heyvan sağlamlığı ilə bağlı fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. 

 

İllik təxminən 10 milyard dollarlıq toyuq əti ixracatı ilə dünyada birinci yerdə olan Braziliya xəstəliyin “ticarət heyvanlarına” keçməsi halında həm heyvanların kəsilməsi, həm də digər ölkələrdən gələn ticarət məhdudiyyətləri səbəbiylə ixracatın azalmasından narahatdır.

 

Qeyd edək ki, dünya 2021-ci ilin oktyabr ayından bəri ən pis quş qripi epidemiyasını yaşayır və bu, hər zamankindən daha çox vəhşi quşun öldürülməsinə səbəb olub.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər