Britaniya hökuməti və BionTech yeni xərçəng peyvəndi sınaqları üçün müqavilə imzalayır
Britaniya hökuməti ilə Almaniyanın BioNTech biotexnologiya şirkəti arasında yeni xərçəng peyvəndi sınaqları üçün müqavilə imzalanıb.
İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, Hökumət, daha çox xəstənin fərdiləşdirilmiş xərçəng müalicələrindən faydalana bilməsini təmin etmək üçün Almaniyada yerləşən BioNTech şirkəti ilə uzunmüddətli tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu müqavilə xəstələrə İmmunitet sistemini xərçəng hüceyrələrini tanımaq və aradan qaldırmaq üçün sstimullaşdıraraq həssas immunoterapiyalardan istifadə etməklə xəstələrə kömək etmək məqsədi daşıyan Böyük Britaniyada aparılan klinik sınaqlar daxildir. Məqsəd 2030-cu ilə qədər 10 000-ə qədər xəstənin fərdi müalicələrə çıxışını təmin etməkdir.
Açıqlamada, fərdiləşdirilmiş xərçəng peyvəndi sınaqlarında iştirak etmə imkanı veriləcək xərçəng xəstələrindən məlumat bazası yaradılacağı ifadə edildi və araşdırmanın erkən və gec mərhələdə olan xərçəng xəstələrinə kömək məqsədi daşıyacağı, həmçinin uğurlu olarsa, xərçəng peyvəndləri standart müalicənin bir hissəsi ola biləcəyi vurğulandı.
Açıqlamada qeyd olunub ki, BioNTech Kembric şəhərində 70-dən çox alimin işləyə biləcəyi yeni laboratoriyalar və bu kontekstdə tədqiqatların aparılmasına kömək etmək üçün Böyük Britaniyada yeni regional mərkəz yaratmağı planlaşdırır.
Açıqlamada qiymətləndirmələri yer alan İngiltərə Səhiyyə Naziri Steve Barclay, sözügedən ortaqlığın "Xərçənglə mübarizədə irəliyə doğru böyük bir addım" olduğunu ifadə etdi.
BioNTech-in baş direktoru və həmtəsisçisi Uğur Şahin: "Əgər tədqiqat uğurlu olarsa, bu əməkdaşlıq təkcə İngiltərədə deyil, bütün dünyada xərçəng xəstələrinin nəticələrini yaxşılaşdırmaq potensialına malikdir" dedi.
Aydan Qasımova
