00:00:00
Yazar
Admin User
11.09.2025 18:25 115 1 dəq oxuma
Siyasət

Britaniya "Tayfun" qırıcılarını Polşaya göndərmək istəyib

Britaniya "Tayfun" qırıcılarını Polşaya göndərmək istəyib

Böyük Britaniya "Tayfun" qırıcılarını Polşaya göndərmək imkanını nəzərdən keçirir, bu barədə "Blumberq" məlumat yayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi analitik Turab Rzayev bildirib ki, Britaniyanın "Tayfun" qırıcılarını Polşaya göndərməsi bölgədə gərginliyi daha da artıracaq:

 

“Onsuz da Rusiya uzun müddətdir Britaniyanı əsas düşmən kimi görür. Xatırladım ki, İstanbul danışıqları zamanı Ukrayna ilə Rusiya arasında sülhə çox az qalmışdı. Amma həmin dövrdə Britaniya baş naziri Zelenski ilə birlikdə Kiyivdə göründü, ona dəstək verdi və Ukraynanı yalnız buraxmayacağını bəyan etdi. Bu isə nəticədə müharibənin uzanmasına və Ukraynanın daha çox ərazi itirməsinə gətirib çıxardı. Daha sonra Qara dənizdə Rusiya gəmilərinin vurulması, Rusiya təyyarələrinə qarşı hücumlar və digər hadisələrdə Moskva dəfələrlə Britaniyanı ittiham edib. Yəni Britaniyanın izləri və kəşfiyyat dəstəyi çox vaxt Rusiyanın gündəmə gətirdiyi məsələ olub. İndi də qırıcıların Polşada yerləşdirilməsi Rusiyada ciddi qıcıq yaradacaq.Amma sual budur: bu addım böyük nəticələrə səbəb ola bilərmi? Məncə, yox. Çünki Polşa öz ərazisində bu addımı atır və bu, beynəlxalq hüquqa uyğundur. Rusiya bunu Ukraynaya dəstəyin güclənməsi kimi qəbul edəcək, amma birbaşa müharibəyə gətirib çıxarma ehtimalı azdır. Sadəcə, Moskva ilə Varşava arasında daha çox ziddiyyət və qarşılıqlı sərt açıqlamalar olacaq".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər