00:00:00
Yazar
Admin User
24.05.2025 12:03 265 1 dəq oxuma
Sosial

BŞTİ: Uşaq bağçasında kommunal problemlərə dair iddialar araşdırılıb

BŞTİ: Uşaq bağçasında kommunal problemlərə dair iddialar araşdırılıb

"Bakıdakı 25 nömrəli körpələr evi-uşaq bağçasında kommunal problemlərə dair iddialarla bağlı araşdırma aparılıb".

 

“İnformator.az” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

 

Məlumata görə, uşaq bağçasının boru xətləri mart ayının bayram günlərində təmir edilib: “Bağçanın pəncərələri ilə bağlı məsələ də BŞTİ tərəfindən nəzarətə götürülüb. Yaxın zamanda məsələnin həlli istiqamətində müvafiq işlər görüləcək”.


Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir. Bu tədbirlər uşaqların təlim-tərbiyə şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər