00:00:00
Yazar
Nərmin Həşimova
13.07.2026 12:34 26 3 dəq oxuma
Siyasət

“Bu, genişmiqyaslı müharibə deyil, idarə olunan gərginlikdir”- ŞƏRH

“Bu, genişmiqyaslı müharibə deyil, idarə olunan gərginlikdir”- ŞƏRH

Körfəz regionunda hərbi qarşıdurmaların genişlənməsi, İran və ABŞ arasında qarşılıqlı hücumlar, eləcə də Hörmüz boğazında baş verən insidentlər regional təhlükəsizliklə yanaşı, qlobal iqtisadi sabitliyi də təhdid edir. BMT-nin Baş katibi Antonio Quterreş vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün bütün hərbi əməliyyatların dərhal dayandırılmasına və tərəflərin diplomatik danışıqlara qayıtmasına çağırıb. Onun bu bəyanatı regionda sülhün qorunmasının və münaqişənin siyasi yollarla həllinin vacibliyini bir daha gündəmə gətirir.


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, üç həftə öncə ABŞ və İran arasında müəyyən atəşkəs anlaşması razılaşdırıldı:


“ Orada bir çox məsələlərlə bağlı tərəflərin mövqeləri yaxınlaşdı. Doğrudur, əsas ziddiyyət yaradan prinsipial məqamlarla bağlı müzakirələrin davam etdirilməsi qərarlaşdırıldı. Xüsusilə də bu, İranın nüvə proqramı ilə bağlı məsələ idi və o cümlədən zənginləşdirilmiş uranın taleyi ilə bağlı məsələlər 60 gün müddətində müzakirə edilməli idi. Bu anlaşmadan sonrakı dövrdə tərəflər arasında texniki heyətlərin də görüşü və gələcək müzakirələrin davam etdirilməsi, həmçinin mövzuların konkretləşdirilməsi ilə bağlı müəyyən addımlar da atılıb. Bu da müəyyən ümidlər yaratdı. Amma ümumən bu eskalasiyanın davam edəcəyi gözlənilən idi. Xüsusilə də nəzərə alsaq ki, prinsipial məqamlarla bağlı tərəflər arasında razılaşmalar əldə olunmayıb. Söhbət həm Amerikanın savaşdan öncə irəli sürdüyü şərtlərdən gedir. Belə ki, İranın nüvə proqramı və zənginləşdirilmiş uranın taleyi ilə bağlı məsələlər, raket potensialı ilə bağlı məsələlər, İranın proksi qüvvələrə verdiyi dəstəyin dayandırılması və s. kimi məsələlər ətrafında hələlik razılıq olmadığına görə bu, gözlənilən idi. Üç həftə öncə əldə olunan razılığa görə İran bir ay müddətində Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpa olunmasını və savaşdan əvvəlki səviyyəyə çatdırılmasını öz öhdəsinə götürürdü. Elə həmin anlaşmadan bir neçə gün sonra İran bölgədə hərəkət edən, Hörmüz boğazından keçən gəmilərə atəş açdı. İranın iddiası ondan ibarətdir ki, artıq şərtlər dəyişib və İran Hörmüz boğazında keçidə tam şəkildə nəzarət etməlidir. Bununla bağlı İran Oman tərəfinə də təklif verib, lakin Oman bu təklifi qəbul etməyib. Oman savaşdan öncə olduğu kimi, Hörmüz boğazının sərbəst gəmiçilik üçün açıq olmasını və heç bir tarif ödənilmədən keçidlərin təmin olunması prinsipinə tərəfdar çıxdı".


Politoloq bildirib ki, bundan sonrakı dövrdə Hörmüz boğazı iki hissədən ibarətdir: 


“Birincisi Oman sahilləri, yəni Oman suları, ikincisi isə İranın sularıdır. Bir çox gəmilər Oman sularından keçməklə xərac ödəməkdən yayınırdılar və İran bunu qəbul etməyərək məhz Oman sularından keçən gəmilərə atəş açdığı üçün Donald Tramp da bunu əsas götürərək Mərkəzi Komandanlığa İran ərazilərinə zərbələr endirməyə hazırlıq tapşırdı. Artıq bir həftə içərisində Amerika tərəfi İranın mövqelərinə üç dəfə zərbə endirib. Bu, Körfəz ətrafı ərazilər və İranın cənub sərhədləri, yəni limanları və hərbi obyektləri, xüsusilə də dron və raket buraxılış sistemlərinin olduğu yerlər hədəf alınır. Yəni bu baxımdan götürdükdə, son eskalasiyada İranın davranışları buna daha çox bəhanə verdi, desək, yanılmarıq. Bu, genişmiqyaslı savaşa çevrilməyəcək. Bu, idarə olunan bir gərginlikdir, demək olar. Tərəflər məhz bu gərginlik üzərində mövqelərini qoruyub saxlamağa və masadakı həllərini gücləndirməyə çalışırlar. ABŞ indi daha fərqli vəziyyətdədir. Belə ki, əgər fevralda başlanan savaşda onun Avropadakı NATO üzrə müttəfiqləri bu prosesdən kənarda qalmışdılarsa, artıq Ankara zirvə toplantısında NATO ölkələrinin qəbul etdiyi qətnamədə İranla bağlı iki məqam xüsusi diqqət çəkir".


Oqtay Qasımov əlavə edib ki, İsrail faktorunu da unutmaq olmaz: 


“Nəzərə alsaq ki, İsrailin müdafiə naziri dəfələrlə, o cümlədən dünən də açıqlama verərək bildirdi ki, onlar İrana qarşı hətta təkbaşına əməliyyatlar keçirməyə hazırdırlar və bununla bağlı orduya göstərişlər verilib. Yəni düşünürəm ki, bu proses bir müddət belə davam edəcək və Amerika da İrandan müəyyən güzəştləri və irəli sürdüyü tələblərin qəbul olunmasını əldə edənə qədər bu proses davam edəcək. Yaxın və Orta Şərqdə proseslərin normal şəkildə sonluğa çatması üçün hökmən burada iki ölkənin mövqeyində ciddi dəyişiklik baş verməlidir".


Mehriban Yariyeva

#“bu # #baki #deyil # #genişmiqyaslı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər