Bu ölkə arıqlama iynəsini təsdiqləməyə hazırlaşır
Böyük Britaniya piylənmə ilə bağlı xəstəlikləri azaltmaq üçün arıqlama iynəsini təsdiq etməyə hazırlaşır.
İnformator.az BBC-yə istinadən xəbər verir ki, xəstəxanalardakı piylənmə ilə bağlı yükü azaltmaq üçün pilot proqram çərçivəsində "Wegovy" adlı iynəni təsdiqləməyə hazırlaşan İngiltərədə bir xəstənin bu iynədən maksimum iki il ərzində istifadəsinə icazə veriləcək.
Milli Sağlamlıq Xidmətinin apardığı araşdırmanın sonunda bu iynə ilə bədən çəkisinin 10 faizinin itirildiyi müəyyən edilib. İynə iştahı azaldaraq insanlara toxluq hissi verir və daha az yeməyə kömək edir.
İngiltərə Baş naziri Rişi Sunak bu iynənin böyük bir dəyişiklik gətirə biləcəyini açıqlayıb.
