00:00:00
Yazar
Admin User
15.12.2025 10:25 100 1 dəq oxuma
Dünya

Bu ölkə İran səfirinin etimadnaməsini qəbul etməyib

Bu ölkə İran səfirinin etimadnaməsini qəbul etməyib

Livanın xarici işlər naziri Yusif Raci İranın bu ölkəyə təyin olunan yeni səfirinin etimadnaməsini qəbul etməyib.

 

"İnformator.az" xəbər verir ki, bu haqda Livanın "Əl-Əxbar" qəzeti məlumat yayıb.


“Ölkənin xarici işlər naziri İranın yeni səfirini qəbul etmək üçün hüquqi prosesi keçməkdən imtina edərək, iki ölkə arasında səfir mübadiləsi prosesini faktiki olaraq dayandırıb”, - məlumatda deyilir.

 

Qeyd edək ki, bundan öncə Livanın xarici işlər naziri Yusif Raci Tehrana səfərdən imtina edib.

 

İran XİN rəsmisi İsmayıl Bəqai isə Livanın yeni səfirinin artıq Tehrana gəldiyi, İran səfirinin də tezliklə Beyruta gedəcəyini bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər