Bu ölkə Ukraynaya 50 milyon avro ayırır
Portuqaliya Ukrayna üçün ABŞ silahlarının alınması məqsədilə 50 milyon avro ayıracaq.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal özünün X səhifəsində yazıb.
Bundan əlavə, Portuqaliya Ukrayna müdafiə məhsullarının alınması üçün SAFE təşəbbüsü çərçivəsində beş il ərzində hər il 25 milyon avro ayıracaq.
