00:00:00
Yazar
Admin User
21.06.2025 08:28 141 1 dəq oxuma
Sosial

Bu ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb

Bu ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb

Ötən gün Şirvanda yük avtomobili dəmir yolu ötürücüsündə aşırımlara ilişərək qalıb.

Bu barədə "Axar.az"a Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, axşam saatlarında Şirvanda “Mersedes” markalı 90 JT 063 nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirib, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişərək qalıb.

Hadisə nəticəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib. Qeyd edilən ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb.

 

Qatarların hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər