Bu ştatda hamiləliyin 12-ci həftəsindən abort qadağan edildi
ABŞ-ın Nebraska ştatında hamiləliyin 12-ci həftəsindən abortları qadağan edən qanun layihəsi qəbul edilib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Respublikaçı Nebraska qubernatoru Cim Pillen keçən həftə ştatın qanunverici orqanı tərəfindən hamiləliyin 12-ci həftəsindən abortu qadağan edən qanun layihəsini imzalayıb. 12 və ya daha böyük hamiləliyi olan qadınlar zorlama, qohumluq əlaqəsi və təcili tibbi yardım halları istisna olmaqla, abort etdirə bilməyəcəklər.
Qanun layihəsi çərçivəsində oktyabr ayından etibarən 19 yaşından kiçiklərin cinsiyyət dəyişdirmə əməliyyatı keçirməsi və bu çərçivədə hormon terapiyası almasının da qarşısı alınacaq.
Qqeyd edək ki, ötən il ABŞ Ali Məhkəməsi bütün ölkə üzrə abort hüququnu konstitusiya ilə təmin edən 1973-cü il “Roe-Wade qərarı”nı ləğv edib. Bu qərarla abort konstitusiya hüququ olmaqdan çıxaraq, ştatların öz təşəbbüslərinə buraxılıb.
