00:00:00
Yazar
Admin User
07.07.2025 10:04 147 1 dəq oxuma
İdman

Bu üç futbolçu Samir Abasovun qərarını gözləyir

Bu üç futbolçu Samir Abasovun qərarını gözləyir

Neftçi” növbəti mövsümün hazırlıqlarını davam etdirir. “Ağ-qaralar” ötən ayın 25-dən məşqlərin birinci mərhələsinə start verib.


"İnformator.az" "İdmanxəbər.az" a istinadən xəbər verir.

 

Baş məşqçi Samir Abasov rəhbərliyində haırlıqlarını davam etdirən komandada yaxın günlərdə bəzi futbolçular barəsində qərar veriləcək.

 

Təcrübəlli mütəxəssis hazırlığın ikinci mərhələsi – iyulun 14-dək üç oyunçu barədə rəhbərliyə konkret fikrini söyləyəcək. Söhbət Ağadadaş Salyanski, Murad Məmmədov və İsmayıl Zülfüqarlıdan gedir.

 

Onların “Neftçi”dəki aqibəti məhz bu tarixdən sonra bəlli olacaq. Abasov futbolçuların ilkin mərhələdəki performanslarına baxaraq, onlar barədə qərar verəcək. Oyunçuların icarəyə verilməsi də gündəmdədir. 

 

Hazırda Zülfürqalı, Salyanski və Məmmədov  Premyer Liqa klublarından təklifləri var. Onların növbəti mövsümə hansı klubda başlayacaqları yaxın vaxtda müəyyənləşəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər