"Bursaspor"dan orta sahəyə transfer
"Trendyol 1. Lig" komandalarından "Çorum FK"nın orta sahə futbolçusu "Tunahan Ergül", "Nesine 2. Lig"ə yüksələn "Bursaspor"a transfer olunub.
"Çorum FK"nın sosial media hesabından edilən paylaşımda belə deyilirdi:
"Peşəkar futbolçumuz "Tunahan Ergül"ün transferi mövzusunda "Bursaspor" ilə razılaşma əldə olunub. "Tunahan Ergül"-ə bu günə qədər klubumuza göstərdiyi töhfələrə görə təşəkkür edir, karyerasının yeni mərhələsində ona uğurlar arzulayırıq".
Qırmızı-qara formada bu mövsüm liqada 26 oyuna çıxan, 25 yaşlı futbolçu 3 dəfə qol vurub.
Mənbə: TRT haber
Nigar Həsənzadə
