00:00:00
Yazar
Admin User
02.06.2025 13:53 261 1 dəq oxuma
Sosial

Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək

Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək

Azərbaycanın şimal və qərb rayonlarında iyunun 2-si axşamdan başlayaraq ayın 5-dək arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

 

Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər