00:00:00
Yazar
Admin User
22.05.2025 15:54 195 1 dəq oxuma
Sosial

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bu barədə "İnformator.az" xəbər verir:


“Qaz İxrac” İdarəsinə məxsus "Zabrat-Buzovna-Türkan" yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləri ilə bağlı 23.05.2025-ci il tarixində saat 09:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Zabrat və Məhəmmədi qəsəbələrinin bir hissəsinin, Maştağa qəsəbəsinin, Maştağa-Gülçülük, Savalan, Maştağa-Nardaran yaşayış massivlərinin, Daş Karxanası və Subtropik sovxozu ərazisinin, Maştağa-Ləhic bağlarının, Kürdəxanı kəndinin və ətraf ərazilərin, həmçinin Xəzər rayonunun Buzovna və Şağan qəsəbələrinin, Albalılıq, Atçılıq və Təmənis yaşayış massivlərinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.
Eyni zamanda “Semzavod” QPS-dan qidalanan əhali kollektorunun girişində baypas xətti üzərində quraşdırılmış nasaz siyirtmənin yenisi ilə əvəz olunması məqsədi ilə saat 10:00-dan etibarən Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrinin də qaz təchizatında fasilə yaranacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər