Cem Yılmazdan Sinan Oğanla bağlı paylaşım
Mayın 14-də 5,17 faiz səslə prezident seçkilərinin ikinci tura qalmasına səbəb olan Sinan Oğan ikinci turda kimə dəstək verəcəyini açıqlayıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Oğan mayın 28-də keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğana səs vermə çağırışıedib. Bu qərardan sonra Millət Alyansı tərəfdarlarından Sinan Oğana reaksiyalar gecikməyib.
Sosial media hesabından açıqlama verən Cem Yılmaz "Gün gələcək ki, siyasətlə maraqlanmamaq böyük fəzilət sayılacaq, amma yenə də 3-5 nəfər başa düşəcək" deyə fikirlərini bildirib.
Qeyd edək ki, Cem Yılmaz ilk turdan izləyicilərini Kamal Kılıçdaroğluna səs verməyə çağırırdı.
Nahid
