00:00:00
Yazar
Admin User
21.06.2023 13:37 303 1 dəq oxuma
Dünya

Cenin hücumu nəticəsində yaralanan 15 yaşlı qız vəfat etdi

Cenin hücumu nəticəsində yaralanan 15 yaşlı qız vəfat etdi

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhərinə təşkil etdiyi hücumda yaralanan 15 yaşlı qız həyatını itirib.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail qüvvələri tərəfindən törədilən Cenin hücumunda həyatını itirən fələstinlilərin sayı ikisi uşaq olmaqla yeddiyə yüksəlib. Hadisə zamanı ümumilikdə 66 nəfər yaralanıb.

 

Qeyd edək ki, cari ilin əvvəlindən bu yana İsrailin qanlı hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 174-ə yüksəlib.

 

Şəbnəm

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər