Çexiya gələn il orduya iki mindən çox müqaviləli hərbçi cəlb edəcək
Peşəkar əsasda qurulan Çexiya Ordusu 2026-cı ildə 2 250 müqaviləli hərbi qulluqçu cəlb etməyi planlaşdırır.
"İnformator.az" xəbər verir ki, bu barədə "Irozhlas" portalı xəbər verib.
Portalın məlumatına görə, milli silahlı qüvvələrdə şəxsi heyətin sayının artırılması zərurəti 24 fevral 2022-ci ildən sonra Avropanın təhlükəsizliyinə təhdidlərlə bağlıdır. 2025-ci ilin əvvəlində silahlı qüvvələrdə təxminən 24 500 hərbçi xidmət edirdi. Çexiya Ordusunun struktur bölmələrinə əlavə 3 500 hərbçi təyin edilib. Məlumata görə, ideal variant onun ümumi sayını 37 500 nəfərə çatdırmaq olardı.
Çexiya mediasının məlumatına görə, ölkə ordusunun 2026-cı ildə şəxsi heyətinin planlaşdırılan artımı müasir tarixdə ən əhəmiyyətli artımlardan biri olacaq. Rekord say 2006-cı ildə 2 262 vətəndaşın Silahlı Qüvvələrlə müqavilə imzaladığı zaman qeydə alınıb.