00:00:00
Yazar
Zəri Bayramlı
17.07.2026 16:04 21 1 dəq oxuma
Siyasət

Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb

Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb

Yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə müəyyən çətinliklərlə üzləşmişdik.

 

"İnformator.az" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, bu məsələ bugünkü müzakirələr zamanı da qeyd olunub: “Məmnunluq hissi ilə vurğulamaq istəyirəm ki, dövlətlərimiz həmin mürəkkəb mərhələni geridə qoymağa və Rusiya-Azərbaycan münasibətlərinin bütün spektrini tam şəkildə normallaşdırmağa nail olub.

 

Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub. Münasibətlərin tam formatda bərpası məhz bu səylərin nəticəsində həyata keçirilib”.

 

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Rusiya çoxəsrlik tarixi, mədəni və humanitar əlaqələrlə birləşən qonşu dövlətlərdir: “Ölkələrimiz arasında münasibətlər möhkəm xarakter daşıyır, xalqlarımız arasında sıx və dərin əlaqələr mövcuddur. Bu əlaqələr öz növbəsində dövlətlərarası münasibətlərin əsasını təşkil edir”.

#yeni #baki #gündəm #azərbaycan #ceyhun
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər