00:00:00
Yazar
Hüseynova Mələk
06.10.2026 20:19 188 2 dəq oxuma
Siyasət

Ceyhun Bayramov və Marko Rubio arasında telefon danışığı keçirilib

Ceyhun Bayramov və Marko Rubio arasında telefon danışığı keçirilib

Azərbaycan və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Ceyhun Bayramov və Marko Rubio arasında telefon danışığı baş tutub. Danışıq zamanı ikitərəfli strateji tərəfdaşlıq, iqtisadi və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

 

Mövzu ilə bağlı Milli Məclisin Deputatı Azər Allahverənov “İnformator.az”a açıqlamasında bildirib ki, Ceyhun Bayramovla ABŞ dövlət katibi Marko Rubio arasında çox vacib telefon danışığı olub:

 

“Rəsmi məlumatdan görünür ki, bu, sadəcə cari məsələlərin müzakirəsi deyil. 8 Avqust 2025-ci il Vaşinqton razılaşmalarından sonra formalaşan Azərbaycan-ABŞ strateji tərəfdaşlığının növbəti mərhələyə keçidi ilə bağlı işlərin əlaqələndirilməsi müzakirə olunub. Müzakirələr zamanı strateji tərəfdaşlığın praktiki məzmununun genişləndirilməsi çərçivəsində tərəflər Vaşinqton sammitindən sonra münasibətlərdəki irəliləyişi və strateji tərəfdaşlıq xartiyasının prioritet istiqamətləri üzrə yaradılmış işçi qruplarının fəaliyyətini yüksək qiymətləndiriblər. İqtisadi və texnoloji əməkdaşlıq sahəsində “Bakı Enerji Həftəsi” və “Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” çərçivəsində karbohidrogenlərin kəşfiyyatı, hasilatı, rəqəmsal texnologiyalar və ticarət sahələrində əldə olunmuş razılaşmalar, həmçinin elan edilmiş kommersiya sazişləri xüsusilə vurğulanıb. Cənubi Qafqazda sülh və normallaşma prosesinə gəldikdə isə Ceyhun Bayramov Azərbaycanın sülh təşəbbüsləri, etimad quruculuğu və regional sabitlik istiqamətində atdığı addımlar barədə məlumat verib, Marko Rubio isə Azərbaycanın Ermənistanla sülhə sadiqliyini alqışlayıb”.

 

 

Müsahibin sözlərinə görə, bu telefon danışığı münasibətlərin siyasi dialoqdan konkret layihələr mərhələsinə keçməsinə zəmin yaradır:

 

“Enerji ilə məhdudlaşmayan daha geniş gündəmin formalaşması, ABŞ investisiyalarının cəlb edilməsi, süni intellekt, rəqəmsal texnologiyalar, ticarət, nəqliyyat və regional təhlükəsizlik sahələrində praktiki addımların atılması gözlənilir.Növbəti mərhələdə strateji tərəfdaşlıq xartiyası üzrə işçi qruplarının fəaliyyətinin intensivləşdirilməsi, yeni kommersiya və investisiya sazişlərinin bağlanması, yüksəksəviyyəli diplomatik təmasların davam etdirilməsi və münasibətlərin institusional mexanizmlər vasitəsilə dərinləşdirilməsi gözlənilən əsas konkret addımlardır”.

 

Fatimə Qulizadə

 

#Marko Rubio #danışığ #Ceyhun Bayramov
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər