Çin ABŞ ilə artan gərginlik fonunda yeni baş ticarət danışıqçısı təyin edib
ABŞ-nin “qarşılıqlı tariflər” çərçivəsində tarifləri artırması səbəbindən iki ölkə arasında ticarət gərginliyinin artdığı bir vaxtda Çin yeni baş beynəlxalq ticarət danışıqçısı təyin edib.
Çin Ticarət Nazirliyinin etdiyi açıqlamada, Li Çınggang hazırkı baş müzakirəçi Vang Şouvinin yerinə təyin edildiyi açıqlandı.
Daha əvvəl ABŞ ilə 2018-ci ildə başlayan tarif hesablaşmasından sonra 2020-ci ildə imzalanan ticarət sazişi üzrə danışıqlarda iştirak edən 58 yaşlı Li 2021-ci ildən Çinin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yanında daimi nümayəndəsi vəzifəsində çalışırdı.
Bəyanatda Li-nin təyinatının səbəbi ilə bağlı təfərrüatlı məlumat verilməsə də, analitiklər bu təyinatın Pekin administrasiyasının ABŞ-lə ticarət gərginliyindən danışıqlar yolu ilə çıxış yolu axtarmaq niyyətinin göstəricisi olduğunu qiymətləndiriblər.
Ticarət müharibəsi
ABŞ və Çin arasında ticarət müharibəsinin başlanğıcı olaraq görülən hadisələr, prezident Donald Trampın 2018-ci ildə Çindən idxal edilən polad və alüminium məhsullarına əlavə rüsumlar tətbiq etmə qərarı ilə başladı, ticarət kəsiri və Çin hökumətinin sənaye təşviqi siyasətinin ilk prezidentlik dövründə rəqabətə zidd olduğunu iddia etdi.
Çin buna cavab verdikdə, beynəlxalq ictimaiyyətin "ticarət müharibəsi" adlandırdığı proses qızışdı və iki ölkə xarici ticarət birjalarında yüz milyardlarla dollar dəyərində gömrük tariflərini qarşılıqlı olaraq artırdı.
Tərəflər 2019-cu ildə ticarət mübahisələrini müvəqqəti olaraq dayandırmaq barədə razılığa gəlsələr də, 2020-ci ildə aparılan danışıqların sonunda "Mərhələ 1" adlı razılaşma ilə bəzi tarif artımları dayandırıldı. Razılaşma ilə ABŞ Çindən idxal edilən 550 milyard dollar dəyərində 250 milyard dollarlıq tarifləri qaldırdı və milyard dollarlıq tarifləri qoruyub saxladı.
“Qarşılıqlı tariflər” və Çinin cavabı
ABŞ prezidenti Tramp bu ilin əvvəlində ikinci hakimiyyət müddətinə başladıqdan dərhal sonra fevralın 1-də Çindən idxala əlavə 10 % gömrük rüsumunun tətbiqi haqqında fərman imzalayıb, martın 4-də isə əvvəlki fərmana dəyişiklik edərək Çinə tətbiq edilən əlavə gömrük rüsumunu 20 %-ə qaldırıb.
Aprelin 2-də Tramp “qarşılıqlı tariflər” çərçivəsində ölkənin əsas ticarət tərəfdaşları üçün əlavə gömrük rüsumları elan edib və Çinə də əlavə 34 %-lik gömrük rüsumunun tətbiq ediləcəyi açıqlanıb.
Çin ABŞ-nin tarif artımına reaksiya verdi və eyni şəkildə cavab verdi. İki ölkənin qarşılıqlı olaraq gömrük tariflərini artırdığı hesablaşma nəticəsində ABŞ Çinə tətbiq etdiyi gömrük tarifini 145 %-ə, Çin isə ABŞ-ə tətbiq etdiyi tarifi 125 %-ə qaldırıb.
Vaşinqton administrasiyası digər ölkələrə tətbiq edilən qarşılıqlı tarifləri 90 gün müddətinə təxirə salsa da, Çinə tətbiq edilən tariflər artıq qüvvəyə mindi.
Tramp daha sonra smartfonlar, noutbuklar, sərt disklər, kompüter prosessorları və çiplər kimi bəzi texnologiya məhsullarının əlavə vergilərdən azad ediləcəyini açıqlayıb.
Mənbə: TRT Haber
Məhərrəmli Xədicə