00:00:00
Yazar
Admin User
17.05.2023 19:19 324 1 dəq oxuma
Dünya

Çin balıqçı gəmisi Hind okeanında batdı: 39 nəfər itkindir

Çin balıqçı gəmisi Hind okeanında batdı: 39 nəfər itkindir
Hind okeanında Çin bayrağı altında üzən balıqçı gəmisi batıb. 
 
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, təyyarədə olan 39 nəfərdən xəbər yoxdur. Çin mətbuatında yer alan xəbərə görə, dünən saat 15:00 radələrində 17-si Çinli, 17-si İndoneziya və 5-i Filippinli olmaqla, ümumilikdə 39 ekipajı olan Çin bayraqlı balıqçı gəmisi Hind okeanında batıb. 
 
Bildirilib ki, "Lupenglaiyuanyu 8” gəmisində ekipajdan heç bir xəbər yoxdur. Çin prezidenti Si Cinpin nazirliklərə axtarış və xilasetmə işlərinə köməklik göstərməyi tapşırıb. 
 
Filippin Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada bölgədəki vəziyyətin izlənildiyi, bunun Çinin Maniladakı səfirliyi və gəminin məlum olan son yeri yaxınlığında fəaliyyət göstərən axtarış-xilasetmə qrupları ilə koordinasiyalı olduğu qeyd edilib. Ərazidə axtarış tədbirləri davam etdirilir.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər