00:00:00
Yazar
Admin User
23.05.2023 18:58 269 1 dəq oxuma
Dünya

Çin G20-ni boykot etdi

Çin G20-ni boykot etdi

Çin Hindistanın ev sahibliyi etdiyi mübahisəli Cammu və Kəşmir bölgəsində keçiriləcək G20 toplantısına qatılmamaq qərarına gəlib.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, G20-yə sədrlik edən Hindistan mayın 22-24-də mübahisəli bölgə olan Cammu və Kəşmir Srinagarda turizm sahəsində işçi qrupunun iclasının keçiriləcəyini açıqlayıb.

 

Çin Xarici İşlər Nazirliyi Hindistanın qərarına reaksiya bildirib. Nazirlikdən verilən açıqlamaya görə, Çinin hər hansı mübahisəli bölgədə G20 toplantısının keçirilməsinin əleyhinə olduğu, bu səbəbdən sözügedən toplantıya qatılmayacağını qeyd edib.

 

Hindistan səlahiyyətliləri G20 toplantısı üçün Cammu və Kəşmirin seçilməsinin bölgənin turizm potensialını göstərmək məqsədi daşıdığını bildirib.

 

Pakistan da bəyanatında Hindistanın qərarını “məsuliyyətsiz addım” kimi qiymətləndirib.
Bildirilir ki, 3 gün davam edəcək tədbirdə ABŞ, Rusiya, Fransa, Almaniya, İtaliya, İngiltərə, Yaponiya, Cənubi Koreya və Avropa İttifaqı iştirak üçün artıq qeydiyyatdan keçib.

 

Fatima

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər