00:00:00
Yazar
Səadət Əlizadə
17.07.2026 10:52 18 1 dəq oxuma
Siyasət

Çin və Pakistan ABŞ və İran arasında dərhal atəşkəs elan edilməsinə çağırıblar

Çin və Pakistan ABŞ və İran arasında dərhal atəşkəs elan edilməsinə çağırıblar

Çin və Pakistan ABŞ ilə İran arasında hərbi əməliyyatların dərhal dayandırılmasına və danışıqların tezliklə bərpa olunmasına çağırıblar.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Şanxayda Çin xarici işlər naziri Vanq Yi ilə Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar arasında keçirilən görüşdən sonra verilən açıqlamada bildirilib.

 

Onlar münaqişə tərəflərini dərhal hərbi əməliyyatları dayandırmağa, çətinlikləri dəf etməyə, maneələri aradan qaldırmağa, əlaqələri və dialoqu bərpa etməyə və danışıqlar yolu ilə hərtərəfli sülh sazişi bağlamağa çalışmağa çağırıblar.

 

Vanq Yi ABŞ və İran arasında əldə edilən ilkin anlaşma memorandumunun asanlıqla əldə edilmədiyini vurğulayıb.


"Sülh artıq əlçatandır və biz bu səylərin boşa getməsinə, əldə edilənləri itirməyə imkan verməməliyik", - deyə o bildirib.

 

Çinin xarici işlər naziri Pakistanın vasitəçilikdəki rolunu qeyd edib və Pekinin İslamabadın səylərini dəstəkləməyə davam edəcəyini bildirib. Pakistanlı diplomat da öz növbəsində atəşkəsin və danışıqların bərpasının asanlaşdırılmasına kömək etməyə hazır olduğunu vurğulayıb.

#abş #gündəm #yeni #i̇ran #pakistan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər