Çində 2014-cü ildən bəri ilk dəfə temperatur bu həddə çatdı!
Çinin şimalında isti hava dalğası artmaqda davam edir. Milli Meteorologiya Mərkəzi paytaxt Pekində hava istiliyinin yerli vaxtla saat 14.30-da 40,7'yə yüksəldiyini açıqlayıb.
Təxminən 22 milyon əhalisi olan paytaxtda havanın temperaturu 2014-cü il mayın 29-dan bəri ilk dəfə olaraq 40 dərəcəni keçib. Bununla da iyun ayının temperatur rekordu yenilənib.
Pekinin şimal-şərqindəki Tanqekou şəhəri cümə axşamı ölkənin ən isti nöqtəsi olub. Belə ki termometrlər 41,8 dərəcə Selsi göstərib.
Xumar
