Çində güclü külək səbəbindən yüzlərlə aviareys təxirə salınıb
Şənbə günü Pekin və Çinin şimalını vuran külək səbəbindən yüzlərlə reys ləğv edilib və qatar xətləri dayandırılıb.
Reuters xəbər agentliyinin məlumatına görə, şənbə günü yerli vaxtla saat 11:30-a (GMT 03:30) paytaxtın iki böyük hava limanında 838 reys ləğv edilib.
Saatda 93 mil (150 km)-ə çatan küləklər - yarım əsrdən çox müddət ərzində Çin paytaxtında ən güclü külək həftə sonu boyunca davam edəcək və attraksionların və tarixi yerlərin bağlanmasına səbəb olacaq.
Cümə günü milyonlarla insan evdə qalmağa çağırılıb, bəzi dövlət mediası 50 kq-dan az çəkisi olan insanların "asanlıqla uça biləcəyi" xəbərdarlığı edib.
Hava limanının sürətli metro xətti və bəzi yüksək sürətli dəmir yolu xətləri də daxil olmaqla qatar xidmətləri dayandırılıb. Parklar da bağlanıb, bəzi köhnə ağaclar gücləndirilib və ya budanıb, lakin paytaxtda artıq 300-ə yaxın ağac aşıb.
Bir sıra nəqliyyat vasitələri zədələnib, lakin xəsarət alanlar barədə məlumat verilməyib - Pekində əksər sakinlər, şəhər 22 milyon sakinə qeyri-vacib səyahətlərdən çəkinmələri barədə xəbərdarlıq etdikdən sonra rəsmilərin evdə qalmaq tövsiyələrinə əməl ediblər.
Yerli sakin Reuters xəbər agentliyinə deyib ki, "Pekində hamı həqiqətən də bundan narahat idi. Bu gün küçələrdə demək olar ki, heç kim yoxdur. Lakin bu, təsəvvür etdiyim qədər şiddətli deyildi".
BBC
Nəzrin Məmmədova