Cənubi Koreya Şimali Koreya ilə sərhəddə təbliğat yayımını dayandırıb
Cənubi Koreya ordusu Şimali Koreya ilə sərhəddə səsgücləndiricilər vasitəsilə həyata keçirilən təbliğat yayımını dayandırıb. Bu barədə rəsmi məlumat yayılıb.
Ordunun bəyanatında qeyd olunur ki, bu addım Koreyalararası münasibətlərdə etimadı bərpa etmək və Koreya yarımadasında sülhə nail olmaq məqsədi daşıyır.
Şimali Koreya bu cür yayımları müharibə aktı kimi qiymətləndirir və daha əvvəl həmin səsgücləndiriciləri hədəfə alaraq partlatmaqla hədələyib.
Sözügedən yayımlar altı il müddətinə dayandırıldı. Lakin Pxenyanın ötən ilin iyun ayında sərhədi keçərək Cənubi Koreya ərazisinə tullantılarla dolu şarlar göndərməsinə cavab olaraq təbliğat yayımları yenidən bərpa olunub.
Mənbə :Caliber
Aytən Ağazadə