Cənubi Koreya siyasətçilərinin elektron poçtları hədəfə alındı
Şimali Koreyalı hakerlərdən ibarət Kimsuki qrupunun 2022-ci ildə Cənubi Koreyanın keçmiş nazirləri və nazir müavinləri də daxil olmaqla bir çox siyasətçinin elektron poçtlarını gizli şəkildə izlədiyi və şəxsi məlumatlarını oğurladığı iddia edilir.
İnformator.az TRT-yə istinadən xəbər verir ki, Kimsukinin sözügedən şəxslərin məlumatlarını oğurlamaq üçün diplomatiya və təhlükəsizlik mövzularında 150 siyasətçiyə saxta elektron məktublar göndərdiyi bildirilib.
Araşdırma zamanı məlum olub ki, haker qrupu 2022-ci ilin aprel-iyul aylarında həmin şəxsləri saxta saytlara yönləndirmək üçün çaşdırıcı elektron məktublar göndərib və 4-9 ay ərzində eyni vaxtda onları izləyib.
