00:00:00
Yazar
Admin User
06.07.2023 11:19 339 2 dəq oxuma
Dünya

Cənubi Koreyada qeydə alınmayan körpə ölümlərinin sayı 23-ə yüksəlib

Cənubi Koreyada qeydə alınmayan körpə ölümlərinin sayı 23-ə yüksəlib

Cənubi Koreya Milli Polis Xidməti (KNPA) doğulduqdan sonra rəsmi qeydiyyata alınmayan körpələrlə bağlı başladılan istintaqda ölü olduğu müəyyən edilən körpələrin sayının 23-ə, araşdırılan işlərin sayının isə 598-ə yüksəldiyini bildirib.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yonhap agentliyinin KNPA-nın verdiyi açıqlamaya əsasən ölkədə qeydiyyatı olmayan körpələrlə bağlı aparılan istintaqda yeni faktlar qeydə alınıb. Açıqlamada ölkə üzrə qeydiyyata alınmayan körpələrlə bağlı 664 bildirişin daxil olduğu, bu xəbərlərlə bağlı başlanan araşdırmada rəsmi qeydlərdə olmayan körpə sayının 400-dən 598-ə yüksəldiyi bildirilib. Eyni zamanda istintaq çərçivəsində dünən 15 olaraq açıqlanan ölən körpələrin sayının 23-ə yüksəldiyi ifadə edilib.

 

KNPA araşdırması iyun ayında Suvon şəhərində bir qadının 2018 və 2019-cu illərdə öldürdüyü iki körpəni dondurucuda saxladığını etiraf etməsi ilə başlayıb. Xatırladaq ki, ötən ay Cənubi Koreyada bir qadın iki yeni doğulmuş körpəsini öldürdüyünü və cəsədlərini dondurucuda saxladığını etiraf edib. Qadın bunu iqtisadi imkansızlıq üzündən etdiyini bildirib. Qadının həyat yoldaşı polisə verdiyi ifadədə bildirib ki, ona iki uşağının abort edildiyinin deyilib və buna görə də iddia edilən qətllərdən xəbəri olmayıb.

 

İyulun 4-də verilən açıqlamada doğulduqdan sonra rəsmi qeydiyyatı olmayan körpələrlə bağlı başladılan araşdırmalar çərçivəsində 12 körpənin öldüyü bildirilib.

 

Cənubi Koreya Nəzarət və Təftiş Şurasının verdiyi açıqlamada ölkədə 2015-2022-ci illər arasında xəstəxanaya yerləşdirilən, lakin qeydiyyatda olmayan 2236 körpənin olduğu bildirilib. Rəsmi qeydiyyatı olmayan körpələrdən 1263-nün paytaxt Seul və ətraf rayonlardan olduğu qeyd edilib. Şuranın körpələrin vəziyyətini öyrənmək üçün araşdırmaya başlamağı planlaşdırdığı əlavə olunub.

 

Qeyd edək ki, Cənubi Koreya qanunlarına görə, səhiyyə müəssisələri yeni doğulmuş körpələr haqqında dövlət orqanlarına məlumat verməli deyillər. Valideynlər övladlarını doğulduqdan sonra bir ay ərzində qeydiyyata almalıdırlar. Doğum haqqında məlumat verilmədiyi halda, heç bir maneə törətmədən aşağı cərimələr tətbiq edilir. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər