00:00:00
Yazar
Admin User
06.06.2023 11:50 264 1 dəq oxuma
Dünya

Dülgərin hazırladığı taxta avtomobil 210 min avroya satıldı

Dülgərin hazırladığı taxta avtomobil 210 min avroya satıldı

Fransada dülgər Mişel Robilyarın dizayn etdiyi, taxta kuzovlu 2 at gücünə malik avtomobil hərracda 210 min avroya satılıb.

 

İnformator.az Fransa mediasına istinadən xəbər verir ki, alma, albalı, qoz və armud ağaclarından istifadə edilərək hazırlanan taxta avtomobil bir çox qiymətli əsərlə birlikdə Tur şəhərindəki Artigny qalasında hərraca çıxarılıb.

 

1969-cu il model 2 at gücünə malik Sitroen markası üzərində qurulan dizayn 5 il əmək sərf edildikdən sonra tamamlanıb. Maşını Parisli kolleksiyaçı 210 min avroya alıb. İşlək vəziyyətdə olan nəqliyyat vasitəsinin hələlik hərəkətə dair arayışı yoxdur.

 

Qeyd edək ki, 2011-ci ildə bir çox Ferrari markalı avtomobilin taxta modellərini hazırlayan Robillard qarşıdakı iki ildə Sitroen markasının üstü açıq DS21 klassik avtomobili üçün taxta kuzov dizayn etmək istədiyini bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər