00:00:00
Yazar
Admin User
03.07.2023 06:52 279 1 dəq oxuma
Dünya

Dünyada ilk - Orkestrə robot rəhbərlik edir

Dünyada ilk - Orkestrə robot rəhbərlik edir

Seulda ölkənin milli orkestrinə Cənubi Koreyada istehsal olunan insanabənzər robot EveR 6 dirijorluq edib.

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, Koreya Sənaye Texnologiyaları İnstitutu tərəfindən hazırlanmış robot ölkənin milli orkestrinin görkəmli musiqiçilərinin çıxış etdiyi Koreya Milli Teatrında debüt edib.

 

İnsanabənzər robot Seulda keçirilən konsertdə beş musiqidən üçünə dirijorluq edib. Bir musiqini isə dirijor Choi Soo-Yeoul ilə birlikdə həyata keçirib. 

 

Choi bildirib ki, bu nümunə bizə robotların insanların yerini aldığını deyil, əksinə onların bir-birlərini tamamladıqlarını göstərdi.

 

Dinləyicilər isə robotun funksiyalarının daha da təkmilləşəcəyinə inandıqlarını və bu səhnədən zövq aldıqlarını bildiriblər.  

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər