00:00:00
Yazar
Admin User
03.11.2025 08:22 113 1 dəq oxuma
Dünya

Dünyanı 150 dəfə partlatmağa bəs edəcək qədər nüvə silahımız var

Dünyanı 150 dəfə partlatmağa bəs edəcək qədər nüvə silahımız var

“ABŞ-nin dünyanı 150 dəfə partlatmağa kifayət edəcək qədər nüvə silahı var”.

 

“İnformator.az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “CBS News”a müsahibəsində bildirib

 

“Bizdə digər ölkələrdən daha çox nüvə silahı var. Biz nüvəsizləşdirmə ilə bağlı nəsə etməliyik”, - o deyib.

 

Tramp bu məsələni Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdiyini söyləyib. 

 

“Bizdə dünyanı 150 dəfə partlatmağa bəs edəcək qədər nüvə silahı var. Rusiyada çoxlu nüvə silahı var, Çində də çox olacaq”, - ABŞ lideri qeyd edib.

 

Tramp bildirib ki, ABŞ nüvə sınaqları keçirməyən yeganə ölkə olmayacaq: 

 

“Biz də digər ölkələr kimi nüvə sınaqları keçirəcəyik. Rusiya sınaqlar keçirir, Çin sınaqlar keçirir, lakin onlar bu barədə susurlar. Biz isə açıq cəmiyyətik. Biz fərqliyik. Biz bunun haqqında danışırıq”. 

 

Xatırladaq ki, D.Tramp bir müddət əvvəl Pentaqona dərhal nüvə silahının sınaqlarına başlamaq əmri vermişdi. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər