Dünyanın ən qədim "İncil"i 38,1 milyon dollara satılır
Dünyanın ən qədim və ən mükəmməl İbranicə olan "İncil"nin 38,1 milyon dollara satıldığı elan olunub.
Informator.az Reuters-ə istinadən xəbər verir ki, “Kodex Sassoon” kimi tanınan "İncil"in 1100 illik əlyazması üçün ən yüksək qiymət təklif edən ABŞ-ın Rumıniyadakı keçmiş səfiri və Amerika Yəhudi Komitəsinin sədri Alfred H. Moses olub.
Təklif kitab üçün indiyə qədər verilən ən yüksək rəqəmlərdən biridir. İncilin İsraildəki ANU Yəhudi Xalq Muzeyinin tərəfdarları adından alınaraq eyni muzeyə bağışlandığı deyilib. Sotheby's Hərrac Evi qiymətin 1994-cü ildə Leonardo da Vinçinin "Codex Leicester" əlyazması üçün ödənilən 30,8 milyon dolları keçdiyini əlavə edib.
