00:00:00
Yazar
Bəsti Nəsibova
20.04.2026 20:05 76 1 dəq oxuma
Sosial

DİN-in insan alverinə qarşı uğurlu əməliyyatı: QHT sədrindən mühüm çağırış

DİN-in insan alverinə qarşı uğurlu əməliyyatı: QHT sədrindən mühüm çağırış

Bu günlərdə Azərbaycanın Daxili İşlər Nazirliyi insan alverinə qarşı növbəti uğurlu əməliyyat keçirib.

Hadisə ilə bağlı Azərbaycan Qadınlarının Haqlarını Müdafiəsi İctimai Birliyinin sədri İradə Polad bildirib ki, insan alveri, xüsusilə qadınların cinsi istismara cəlb edilməsi qlobal problemdir. Onun sözlərinə görə, bu hal yalnız cəmiyyətin və yeni nəslin tərbiyəsinə mənfi təsir göstərmir, eyni zamanda müxtəlif cinayətlərin törədilməsinə, mütəşəkkil cinayətkar qrupların yaranmasına, narkomaniya və digər zərərli halların yayılmasına zəmin yaradır.

İ.Polad vurğulayıb ki, qadınların fahişəliyə cəlb edilməsi əhali arasında müxtəlif yoluxucu xəstəliklərin yayılmasına da səbəb olur. Onun fikrincə, bu kimi cinayətkar fəaliyyətlərlə məşğul olan qruplar, o cümlədən sosial şəbəkələr üzərindən fəaliyyət göstərən şəbəkələr cəmiyyət üçün həm əxlaqi, həm də sağlamlıq baxımından ciddi təhlükə mənbəyidir.

QHT sədri qeyd edib ki, belə halların qarşısının alınması cəmiyyətin bir çox xoşagəlməz hadisələrdən və cinayətlərdən qorunmasına xidmət edir. O, həmçinin vurğulayıb ki, bu istiqamətdə vətəndaş cəmiyyətinin rolunun artırılması mühüm əhəmiyyət daşıyır.

İ.Polad əlavə edib ki, qeyri-hökumət təşkilatlarının maarifləndirmə fəaliyyətinin genişləndirilməsi hüquq-mühafizə orqanlarının insan alverinə qarşı mübarizəsinə ciddi dəstək verə bilər.

#di̇n-in #qht #uğurlu #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər