00:00:00
Yazar
Asiman Vəliyeva
27.02.2026 21:49 84 1 dəq oxuma
Sosial

Direktorların işə qəbulu üçün elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üçün elektron qeydiyyat başlayır

Fevralın 27-si saat 11:00-dan etibarən 69 dövlət ümumi təhsil müəssisəsinə direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır. Namizədlər 6 mart saat 17:00-dək qeydiyyatdan keçə bilərlər.

 

Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı “İnformator.az”a bildirib ki, elektron qeydiyyat bütün pedaqoji heyət üçün əlçatandır, yəni hər bir müəllim direktorluğa namizədliyin verə bilər:

 

“Namizədlərin müsahibəyə seçimi zamanı ilk növbədə sertifikasiya və ya diaqnostik balının yüksək olması nəzərə alınır. Müəllimin digər pedaqoji uğurlarının olması və ya məktəbdə direktor müavini işləməsi arzuolunandır. Bu gələcək direktorlar üçün birinci halda daha çox məsuliyyət, ikinci halda isə daha çox praktika deməkdir. Müsahibə zamanı namizədlərin bir neçə ayrı-ayrı komissiyalarda bilik və bacarıqları yoxlanılır. Bu zaman hər bir namizədə verilən blanklarda onların hansı meyarlarla hansı bacarıqlarının ölçülməsi də verilir. Yəni müsahibəni götürən tərəf də meyrlara əsaslanır və müsahibə verən tərəf də nəyə, necə və nə üçün cavab verəcəyini bilir. Müsahibədə direktorluğa iddialı olan namizədin bütün keyfiyyətləri- məktəbşünaslıq,idarəetmə, qanunvericilik, liderlik, metodiki, ünsiyyət və s. bilik bə bacarıqları yoxlanılır. Komissiyanın ümumi rəyi əsasında qərar çıxarılır və nəticələr nəmizədin şəxsi kabinetinə gəlir. Müsahibə prosesi bütövlükdə kameralarla çəkilir və apelyasiya şikayəti olarsa prosesin yenidən izlənmə imkanı olur”.


Mələk Hüseynova

#azərbaycan #baki #qəbulu #başlayır #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər