00:00:00
Yazar
Admin User
04.07.2025 14:03 146 1 dəq oxuma
Dünya

DMM-dən meşə yanğınları ilə bağlı iddialara cavab

DMM-dən meşə yanğınları ilə bağlı iddialara cavab

 

Rabitə Müdirliyi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi İzmir, Manisa və Hatayda baş verən meşə yanğınlarının PKK-ya bağlı bir qruplaşma tərəfindən törədildiyini iddia edən sosial media paylaşımlarının dezinformasiya olduğunu açıqlayıb.

 

Mərkəzin bəyanatında vurğulanıb ki, yayılan vizual və mətnlər 2020-ci ilə aid “Nuçe Ciwan” adlı qeyri-qanuni saytdan götürülüb və hazırkı yanğınlarla heç bir əlaqəsi yoxdur. Bu kimi sübutsuz iddiaların paylaşılması, cəmiyyətdə panika yaratmaq və dövlət qurumlarını hədəfə almaq cəhdləri qəbuledilməz sayılır.

DMM vətəndaşlara çağırış edərək sosial mediada qarşılaşdıqları məlumatların mənbəyini yoxlamağı, şəkil və videoların tarixini araşdırmağı və yalnız rəsmi mənbələrə etibar etməyi tövsiyə edib.

TRT XƏBƏR
Mahmudlu Ləman

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər