Dənizaltından atılan ATMACA: Türkiyənin “sürpriz” gücü
Sualtı qayıqdan atılan ATMACA raketi müxtəlif sahələrdə əhəmiyyətli qazanclar təmin edəcək. Bunlardan bəlkə də ən önəmlisi Ankaranın bu gedişlə gözlənilməz güc qazanmasıdır. Qara dənizdən Şərqi Aralıq dənizinə qədər geniş bir coğrafiyada ölkələrin istifadə etdiyi oxşar sistemlərin xüsusiyyətləri məlumdur. Lakin ATMACA-nın yeni versiyası naməlum olaraq qalır.
ATMACA gəmi əleyhinə raketinin maraqla gözlənilən versiyalarından biri də sualtı qayıqlardan buraxılan versiya idi. Son günlərdə TCG Preveze sualtı qayığından atılan "Kapsullaşdırılmış ATMACA" əslində Ankaranın bu sahədə gəldiyi səviyyəni göstərmək baxımından əhəmiyyətlidir.
Məlum olduğu kimi, sualtı qayıqdan buraxılacaq versiya üçün “Encapsulated ATMACA” adı istifadə olunur. Sualtı idarə olunan raketləri atmaq qabiliyyəti dünyanın yalnız bir neçə ölkəsində mövcuddur. Bu atışla Türkiyə həm yüksək liqaya yüksəlir, həm də ətraf ölkələr üçün gözlənilməz və güclü bir imkan əldə edir.
ABŞ Harpoon əvəzinə yerli/milli ATMACA
Müdafiə və Dəniz Mütəxəssisi Kozan Səlcuq Erkan "Mavi Vətən"də baş verənləri yaxından izləyən adlardan biridir. O, bu yaxınlarda keçirilən sınaq videosuna baxaraq belə deyib:
"İllər boyu apardığım Ar-Ge fəaliyyətinin məhsula çevrildiyini görmək məni xoşbəxt etdi".
Erkan bildirir ki, kapsullaşdırılmış ATMACA-nın ilk sınaq atəşi TÜBİTAK SAGE-nin Sualtı Test İnfrastruktur sistemində keçirilib. Daha sonra isə əməliyyat sınaq atışları aparılıb və uğurla başa çatdırılıb.
O, əslində bir neçə cümlə ilə izah edilən bu prosesin Türkiyə üçün son dərəcə çətin bir dövr olduğunu vurğulayaraq belə deyib:
"Artıq yeni bir səhifə açdıq. Dənizin altından atəş açacağımız yerli/milli məhsulumuz var. Məlum olduğu kimi, donanmamız bu məqsədlə ABŞ istehsalı Harpoon raketlərindən istifadə edirdi. İndi isə bizim ATMACA-mız var və bunu öz istəyimizə uyğun olaraq daha da inkişaf etdirə bilərik".
Mənbə: TRT Haber
Fatimə Şahverdiyeva