Ekvadorda bilyard salonuna silahlı hücum
Cənubi Amerika ölkəsi Ekvadorda bilyard salonuna edilən silahlı hücumda 7 nəfər həyatını itirib.
Yerlı mətbuatda yayılan xəbərə görə, Santo Domingo de los Tsachilas şəhərində qar maskalı şəxslər bilyard salonuna basqın edərək uzun lüləli silahlarla atəş açıblar.
Hadisə yerinə polis qüvvələri cəlb edilib. Hücum nəticəsində 7 nəfər hadisə yerində ölüb.
Şübhəlilərin yaxalanması üçün genişmiqyaslı əməliyyata başlanılıb.
TRT HABER
Solmaz Muradova