Ekvadorda prezident seçkisinin qalibi açıqlandı
Ekvadorun Milli Seçki Şurası (MSŞ) hazırkı Prezident Daniel Noboanı dövlət başçısı seçkisinin ikinci turunda qalib elan edib.
"İnformator.az" TASS-a istinadən xəbər verir ki, bu barədə seçki komissiyasının rəhbəri Diana Atamaint mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, seçicilərin 55.88%-i Noboaya, seçkidəki rəqibi Luisa Qonsalesə isə 44.12%-i səs verib. Namizədlər arasındakı fərq 1.1 milyondan çox səs olub.
Seçilmiş prezidentin andiçmə mərasimi mayın 24-nə planlaşdırılıb.