00:00:00
Yazar
Aysel Mirzəyeva
22.04.2026 21:17 26 1 dəq oxuma
Sosial

“Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilib

“Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilib

İcra haqqında Qanunda nəzərdə tutulmuş hallarda daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqların rəsmiləşdirilməsi üçün Elektron notariat informasiya sistemində icra məmurunun qərarı da göstəriləcək. Söhbət protokol və notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında satılmalı olan əmlak barədə qərarın sistemdə əks olunmasından gedir.

 

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, daşınmaz əmlak üzrə alqı-satqı müqavilələri hər zaman notarius vasitəsilə bağlanılır:

 

“Bu həmişə belədir. Dəyişiklik isə odur ki, əmlakın keçməsi icra məmurunun qərarı ilə ola bilər. Bu, məsələn, kiminsə əmlakı hərracda satılarkən və ya hərracda alıcı tapılmadıqda baş verir. Əmlak ipotekadadırsa, şəxs bankdan kredit götürüb evini, mənzilini ipotekaya qoyubsa və kredit qaytarılmırsa, bank məhkəməyə müraciət edir. Məhkəmə qərarı əsasında icra məmuru əmlakı hərraca çıxarır, lakin sata bilmir. Bu halda bankın ixtiyarı var ki, həmin əmlakı öz adına keçirsin. Yəni bu, onsuz da mövcud praktikadır. Burada qeyri-adi bir yenilik yoxdur”.


Günel Əlili

#notariat” #haqqında #gündəm #“elektron
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər