00:00:00
Yazar
Admin User
23.06.2025 06:33 182 1 dəq oxuma
Sosial

Elm və təhsil nazirinin Daşkəsəndə vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Elm və təhsil nazirinin Daşkəsəndə vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Elm və təhsil naziri Emin Əmrullayevin iyunun 27-də Daşkəsən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyunun 30-da keçiriləcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

 

Qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan və Kəlbəcər sakinlərinin iştirakı nəzərdə tutulub.

 

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər