00:00:00
Yazar
Zəri Bayramlı
02.03.2026 13:13 8 1 dəq oxuma
Sosial

Emin Əmrullayev Şuşada vətəndaşları qəbul edəcək

Emin Əmrullayev Şuşada vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev martın 11-də Şuşa şəhərində vətəndaşları qəbul edəcək.

 

Bu barədə “İnformator.az”a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Qəbulda Şuşa, Xankəndi və Xocalı sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri martın 6-dək (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.

Qeyd edək ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

#azərbaycan #vətəndaşları #gündəm #emin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər