00:00:00
Yazar
Zəhra Həsənova
30.04.2026 22:17 53 2 dəq oxuma
Sosial

Erasmus+ proqramı: xaricdə təhsil və yeni imkanlar

Erasmus+ proqramı: xaricdə təhsil və yeni imkanlar

Avropa Birliyinin yaratdığı Erasmus+ proqramı dünyanın müxtəlif ölkələrindən tələbələrə xaricdə təhsil almaq imkanı yaradır. Proqram çərçivəsində tələbələrin yol xərcləri qarşılanır, aylıq təqaüd verilir və beynəlxalq təcrübə qazanmaq şansı əldə olunur.


Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, hüquqi və inzibati maneələrin ən qısa zamanda aradan qaldırılması Azərbaycan gənclərinin qlobal təhsil mühitindən qopmaması üçün mühüm əhəmiyyət kəsb edir:

 

"Erasmus+ proqramı illərdir Azərbaycan gəncliyi üçün sadəcə təhsil imkanı deyil, dünyaya açılan ən böyük pəncərədir. Həmçinin qlobal əmək bazarına hazırlıq məktəbi rolunu oynayır. Bu proqram tələbələrdən yüksək akademik göstərici, ən az B2 səviyyəsində dil biliyi və güclü motivasiya tələb etməklə, onları beynəlxalq standartlara uyğunlaşmağa sövq edir. İndiyə qədər ölkəmizdə bir sıra ali təhsil müəssisələri UNEC, ADU, ADA və Xəzər unversiteti kimi ali məktəblər bu prosesdə aktiv iştirak edərək, həm tələbə mübadiləsi, həm də kurikulumların müasirləşməsində böyük uğurlar qazanmışlar. Lakin, təəssüf ki, bu gün təhsil ictimaiyyəti olaraq kifayət qədər mürəkkəb və bir qədər də məyus edici mənzərə ilə qarşılaşdıq ki, 2025-ci il mart ayından etibarən Erasmus+ proqramının Azərbaycanda fəaliyyəti faktiki olaraq dayandırılıb. Rəsmi ofisinin də bağlanmaq ərəfəsində olduğu məlumatını əldə etdik. Təxminən bu 20 milyon manatlıq büdcənin 30-dan çox unveristetin daxil olduğu nəhəng bir əməkdaşlıq şəbəkəsini əhatə edən prosesin dayandırılması, gənclərimizin beynəlxalq təcrübə imkanlarını məhdudlaşdırır. Hazırda yalnız "Erasmus Mundus" kimi birbaşa müraciət olunan magistr proqramların əlçatan qalmasıdır. Tələbələrimiz üçün kiçik də olsa, bir təsəllidir. Ümumi mübadilə və institusional inkişaf layihələrində qeyri-müəyyənlik hələ də qalmaqdadır. Hüquqi və inzibati maneələrin ən qısa zamanda aradan qaldırılması Azərbaycan gənclərinin qlobal təhsil mühitindən qopmaması üçün mühüm əhəmiyyət kəsb edir. Çünki beynəliləşmə yolunda qazanılan illərin təcrübəsini itirmək, təhsilimizin istənilən halda gələcək rəqabətə davamlığına mənfi təsir göstərəcəkdir".


Samirə Allahverdizadə

#imkanlar #proqramı: #xəbər #təhsil #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər