ERMƏNİSTANDA ƏHALİNİN 40%-I KASIBLARDAN İBARƏTDİR
İSMAYIL TANRIVERDİ
BDU, Erməni araşdırmaları mərkəzinin böyük elmi işçisi
Ermənistan Respublikasının rəsmi məlumatına görə ölkə əhalisinin 35%-i kasıbçılıq şəraitində yaşayır. Yaxın günlərdə isə ölkədə elektrik enerjisinin qiyməti 40%- artırılacağı nəzərdə tutulub. Maraqlıdır, belə olan təqdirdə bu göstərici ölkənin kasıb təbəqəsinə necə təsir edəcək? Bəs başqa hansı məhsulların qiyətinin artması gözlənilir?
Məhz bu suallarla “Hraparak”qəzetinin müxbiri Ermənistan parlamentinin deputatı, keçmiş Baş Nazir Hrant Baqratyana müraciət etmişdir. H.Baqratyan cavabında demişdir: “Əvvəlcə onu deyim ki, Bizdə kasıbçılıq 2014-cü ilin dekabr ayına qədər 35% olub. Hazırda isə bu rəqəm bir az da yüksələrək 38 – 40% olub. İkincisi, elektrik enerjisinin hər 10% artımı əhalinin məişət şəraitinin 0,3% aşağı düşməsinə səbəb olur. Buna görə də kasıbçılığın 40% olması o deməkdir ki, əhalinin məişət şəraiti 1,2 % aşağı düşüb. O ki, qaldı dolayısı ilə başqa sahələrdə olacaq artımlara, onun qiymətləndirilməsi və qabaqcadan söylənməsi çox çətindir. Məsələn, qazın qiymət artımını da buna misal çəkmək olar. Cünki, Ermənistanda bir çox məhsulların qiyməti bazar qiymətləri ilə tənzimlənmir.”
Qeyd edək ki, Ermənistanda əhali arasında kasıbçılığın ən çox yayıldığı bölgə ŞİRAK mahalıdır. Burada kasıbçılığın həddi 45 – 47%-ə çatır. Təkcə onu qeyd etmək kifayətdir ki, Qümrü şəhərində 25 ildən artıqdır ki, 3000-ə qədər ailə hələ də vaqon “domiklərdə” dözülməz şəraitdə yaşayırlar. Sərkisyan hakimiyyəti hər il bu ailələrə yeni şəraitdə xoşbəxt yaşayacaqlarına söz versə də onlar bu hakimiyyətə inam və ümidlərini itiriblər.
