00:00:00
Yazar
Səadət Əlizadə
27.04.2026 19:23 24 2 dəq oxuma
Sosial

Eskalatorlardan istifadə zamanı görünməyən risklər

Eskalatorlardan istifadə zamanı görünməyən risklər

Gündəlik həyatın adi hissəsinə çevrilən eskalatorlar əslində diqqət tələb edən mexaniki sistemlərdir. İlk baxışda təhlükəsiz görünsə də, istifadə zamanı edilən kiçik səhvlər ciddi xəsarətlərlə nəticələnə bilər. Xüsusilə, giriş və çıxış hissələrində yaranan risklər, eləcə də diqqətsizlik və tələskənlik bu qurğulardan istifadəni daha təhlükəli edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, eskalator bizə o qədər adi gəlir ki, çox vaxt onu təhlükə kimi görmürük:

 

“Halbuki, rahatlıq hissi bəzən ən böyük riskləri yaradır. Eskalator sadə bir qurğu kimi görünsə də, əslində davamlı hərəkətdə olan açıq mexanizm sistemidir.

Eskalator qəzalarının böyük əksəriyyəti texniki nasazlıqdan deyil, insan davranışından qaynaqlanır. Ən riskli zonalar eskalatorun giriş və çıxış hissələridir. Bu hissələrdə addım düzgün atılmadıqda ayağın ilişməsi və tarazlığın itməsi baş verə bilər.

Xüsusilə, pik saatlarda bu hallar zəncirvari qəzalara səbəb ola bilər. Eskalatorun yan hissələrində isə dar boşluqlar mövcuddur və bu sahələr paltarların və aksesuarların sıxılması baxımından ən həssas nöqtələrdir. Bu cür hadisələr qəfil baş verir və ciddi xəsarətlərlə nəticələnə bilər.

Risk qrupuna uşaqlar və yaşlılar daxildir. Uşaqlar nəzarətsiz olduqda, yaşlılar isə balans və reaksiya zəifliyinə görə daha yüksək risk altındadır.

Təhlükəsizlik üçün sadə qaydalara əməl etmək vacibdir: eskalatorda sabit dayanmaq, əl tutacağından istifadə etmək, telefondan mümkün qədər istifadə etməmək və minmə-düşmə zamanı tələsməmək lazımdır. Qəzaların çoxu məhz bu keçid anlarında baş verir.

Bundan əlavə, geyim və ayaqqabı seçimi də önəmlidir. Uzun, boş geyimlər və açıq ayaqqabılar mexanizmə ilişmə riskini artırır.

Eskalatorlar texniki baxımdan təhlükəsizlik standartlarına uyğun qurulsa da, ümumi təhlükəsizlik birbaşa istifadəçilərin davranışından asılıdır”.

 

Səadət Əlizadə

#azərbaycan #yeni #görünməyən #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər