00:00:00
Yazar
Hüseynova Mələk
19.10.2026 20:15 27 1 dəq oxuma
İdman

FIFA-nın 25 milyon dollarlıq dəstəyi Qırğızıstan futbolunu dəyişə biləcəkmi?

FIFA-nın 25 milyon dollarlıq dəstəyi Qırğızıstan futbolunu dəyişə biləcəkmi?

FIFA-nın Qırğızıstanda futbolun inkişafına 25 milyon dollar ayırmağı planlaşdırması ölkədə futbolun gələcək inkişafı üçün yeni imkanlar yarada bilər. Lakin ayrılacaq vəsaitin real nəticə verməsi üçün onun düzgün istiqamətləndirilməsi və uzunmüddətli strategiyanın həyata keçirilməsi vacibdir.

 

 Mövzu ilə bağlı futbol mütəxəssisi Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, bu cür maliyyə dəstəyi Qırğızıstan futboluna mühüm töhfə verə bilər:

 

“Layihə çərçivəsində uşaq və gənclər futbolunun, milli komandanın, klubların və qadın futbolunun inkişafına dəstək göstərilməsi mümkündür. Əsas məsələ ayrılan vəsaitdən düzgün istifadə etmək, şəxsi maraqları deyil, futbolun inkişafını ön planda tutmaqdır. Maliyyə dəstəyinin ayrılması qısa müddətdə böyük nəticələrin əldə olunacağı demək deyil. Futbolun inkişafı uzunmüddətli prosesdir və nəticələri qiymətləndirmək üçün ən azı 5-10 illik dövrə baxmaq lazımdır. Bu gün 10-13 yaşlı futbolçuların yetişdirilməsinə sərmayə qoyularsa, onların potensialını və gələcəkdə milli komandaya verə biləcəyi töhfəni bir neçə ildən sonra daha aydın görmək mümkün olacaq. Ənənəvi olaraq güclü futbol məktəbi ilə seçilməyən ölkələrdə belə təşəbbüslərin həyata keçirilməsini müsbət addım kimi dəyərləndirirəm və ayrılan vəsaitdən səmərəli istifadənin Qırğızıstan futbolunun gələcək inkişafına töhfə verə biləcək”.

 

Fatimə Hüseynova

 

#FİFA #Qırğızıstan #dəstək
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər