Fillərin duyğularını üzə çıxaran qeyri-adi davranış
Namib səhrasında çəkilən və 2026-cı ilin “İlin Vəhşi Təbiət Fotoqrafı” müsabiqəsinin baş mükafatını qazanan foto fillərin emosional dünyasına diqqət çəkib.
Fotoqraf Federiko Veronesi ölü doğulmuş bala fili xortumu ilə daşıyan dişi filin görüntüsünü lentə alıb. Araşdırmalar zamanı məlum olub ki, fil balanın anası deyil. O, iki il əvvəl öz balasını itirib və bundan sonra başqa fillərin ölü doğulmuş balalarını dörd dəfə daşıyarkən müşahidə edilib.
Mütəxəssislər bu davranışın itki ilə bağlı emosional reaksiya və ya balanın cəsədini yırtıcılardan qorumaq cəhdi ola biləcəyini düşünürlər.
Namibiyanın səhra fillərinin sayı son 20 ildə azalıb. Buna uzunmüddətli quraqlıqlar, su çatışmazlığı və insanlarla münaqişələr təsir göstərir. Mütəxəssislər bu heyvanların qorunmasının vacibliyini vurğulayırlar.
Güllüzar Nəbili
BBC