00:00:00
Yazar
Admin User
18.12.2025 18:54 92 1 dəq oxuma
Dünya

Fillər kəndlilərə hücum edib

Fillər kəndlilərə hücum edib

Hindistanın Carkhand əyalətində 42 vəhşi fil sürüsü Ramqarh bölgəsindəki kəndlərə silsilə hücumlar nəticəsində 4 nəfəri öldürüb. Hadisələr silsiləsi dekabrın 16-da axşam saatlarında bəzi kənd sakinlərinin dincələn fillərlə şəkil çəkdirməyə cəhd etməsi ilə başlayıb.

 

“New Indian Express” qəzetinin məlumatına görə, Ramqarh bölgəsindəki kəndlərdə vəhşi fil sürülərinin ardıcıl hücumları panikaya səbəb olub. İlk hücum dekabrın 16-da yerli vaxtla axşam saatlarında baş verib. Şahidlərin sözlərinə görə, sakinlər yol kənarında dincələn fil sürüsünə yaxınlaşaraq onlarla şəkil çəkdirməyə cəhd ediblər. Fillərdən biri çox yaxınlaşan 33 yaşlı kişini tutaraq onu tapdalayaraq öldürüb.

 

Həmin gecədən sonra həmin sürü başqa bir kəndə girdikdən sonra fillərin gur səsindən qorxan sakinlər evlərini tərk etməyə başlayıblar. Sonrakı xaosda fillər 40 və 45 yaşlı iki qadını tapdalayaraq öldürüb. Daha sonra fil sürünün hücumuna məruz qalan 35 yaşlı motosikletçi də həyatını itirib. Sürünün girdiyi kəndlərdə xəsarət alanların olduğu, evlərə ziyan dəydiyi bildirilib. Regional səlahiyyətlilər qrup halında gəzən sürünün 42 fildən ibarət olduğunu bildirib.

 

Aydan Əsgərxanlı

CNN Türk

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər