Finlandiyadan qərar: 9 rus diplomat ölkədən çıxarılacaq
Finlandiya hökuməti Rusiyanın Helsinkidəki səfirliyində çalışan 9 nəfəri və kəşfiyyat işçilərini deportasiya etmək qərarına gəlib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, yazılı açıqlamada Finlandiyanın Moskvadakı səfirliyində çalışan doqquz kəşfiyyat əməkdaşının deportasiyası barədə razılıq əldə edildiyi ifadə olunub. Onların hərəkətlərinin “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını” pozduqları əsas gətirilib.
Finlandiya Xarici İşlər Nazirliyi də Twitter hesabında bu gün Rusiyanın müvəqqəti işlər vəkilinə zəng edilərək, Rusiyanın Helsinkidəki səfirliyində çalışan və kəşfiyyat işçisi olduğu təsbit edilən 9 nəfərin deportasiya edildiyini bildirib.
