Finlandiyanın yeni baş naziri sabah bəlli olacaq
Finlandiyada yeni hökumətin təsdiqi və nazirlərin təyinatı sabah baş tutacaq.
İnformator.az NTV-yə istinadən xəbər verir ki, Finlandiya hökumətindən verilən rəsmi açıqlamada prezident Sauli Niinistönün bu gün seçkiləri birinci olaraq tamamlayan Milli Koalisiya Partiyasının lideri Petteri Orpo ilə görüşəcəyi bildirilib.
Sabah Finlandiya vaxtı ilə saat 11:00-da Baş Assambleya toplanaraq baş nazir namizəd elan olunacaq. Yeni baş nazirin dörd partiyalı koalisiya qurmağa müvəffəq olmuş Orpo olacağı gözlənilir.
